Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
GUAM - "ölü doğulmuş" təşkilat, yoxsa "söz sahibi olmaq üçün" VASİTƏ?
Oktyabrın 10-da Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının təsis olunmasının 20-ci ildönümü qeyd edilir.
İldönümü ilə bağlı üzv ölkələrin xarici işlər nazirləri Tbilisidə keçirdikləri son görüşdə təşkilatın durumuna dair optimistik bəyanatlar versələr də, bu iki onillikdə qurumun uğuru barədə fikirlər müxtəlifdir.
BBC Azərbaycancaya danışan ekspertlər qurumun hazırkı vəziyyəti və fəaliyyətilə bağlı dəyərləndirmələrini bölüşüb. Bəziləri onu "ölü doğulmuş" təşkilat adlandırıb. Digərləri isə azad iqtisadi zonanın yaradılmasına dair təklifləri xatırladaraq onun gələcəyinə daha ümidverici yanaşıblar.
1997-ci ildə yaradılmış GUAM təşkilatın adı üzv ölkələrin baş hərflərini əks etdirir: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova.
Regional təşkilat demokratiya, iqtisadi inkişaf və ərazi bütövlüyünün təminatı kimi regional münaqişələrin həllini prioritet adlandırır.
2002-2005-ci illərdə təşkilata Özbəkistan da daxil olub. Həmin zaman təşkilat GUUAM kimi tanınıb.
Məqsəd "Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi"
"Təşkilatın təsisçiləri Moskva ilə müəyyən siyasi çətinliklər yaşayan sabiq SSRİ ölkələri idi ki, ümumi mənafelər uğrunda təbii ittifaqa daxil olublar", - Gürcüstanın İlya Universitetinin professoru, politoloq David Darçiaşvili deyir.
"20 il əvvəl GUAM yaradılanda əsas məqsəd Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi".
David Darçiaşvilinin sözlərinə görə Moskva GUAM ölkələrindəki münaqişələrə aidiyyəti olmadığını desə də fakt budur ki, bu quruma üzv ölkələrın hamısı separatçılıq və ərazi problemlərilə üzləşiblər.
GUAM-ın baş katibi Altay Əfəndiyevin sözlərinə görə üzv ölkələr ərazilərinin "işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər".
"Şübhəsiz ki, GUAM ölkələrinin hər il BMT Baş Assambleyasına çıxardığı "GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" qətnamə layihəsi əhəmiyyətli və müntəzəm birgə təşəbbüsüdür", - Altay Əfəndiyev bildirib.
Münaqişələrin həlli baxımından GUAM-ın mövqeyi önəmli olsa da, onun imkanları kifayət qədər məhduddur, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rasim Musabəyov belə hesab edir.
Onun sözlərinə görə təşkilata dair "realistik olmaq lazımdır", çünki o, vahid siyasi platformada ümumi mövqedən çıxış etmək imkanı verir.
"Heç kim gözləmir ki, bütün üzv ölkələr birləşsə də, deyək ki, Ukrayna və Azərbaycanda münaqişələr öz həllini tapacaq".
GUAM MDB-ə qarşı
BBC Azərbaycancaya danışan millət vəkili deyir ki, GUAM MDB-ə balans olub, onun güclənməsinə, SSRİ-nin yeni şəkildə yaranmasına yol verməməli idi və təşkilat bu vəzifənin öhdəsindən gələndən sonra bir növ öz strateji xəttini itirmiş oldu.
"Baxın, Rusiya artıq MDB ideyasından uzaqlaşıb Avrasiya İqtisadi İttifaqını inkişaf etdirir."
Tbilisidə GUAM-ın 20 illik yubileyinə həsr olunmuş görüşdən sonra Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib ki, üzv ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində bu ilin sonunadək irəliləyişin olacağı gözlənilir.
"Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək", deyən nazir təşkilatın gələcəyinə dair pozitiv olduğunu bildirib.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə beynəlxalq arenada söz sahibi olmaq üçün GUAM formatında "qətiyyətli" addımların atılmasını məsləhət görüb.
Azad iqtisadi zona GUAM-ı canlandıracaqmı?
Mart ayında Kiyevdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında müvafiq protokolların imzalanmasının ardınca Ukraynanın baş naziri Vladimir Groysman təşkilat tarixində "yeni səhifə"nin açıldığını deyib.
"Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat logistika üçün hansı imkanların olduğunu təhlil edirik".
Hərçənd ki, təşkilatın gələcəyinə dair optimizmi bölüşməyən rusiyalı təhlilçilər iqtisadi təşəbbüsün kağız üzərində qalacağını düşünürlər.
"GUAM Rusiyanın nüfuzunu azaltmaq üçün ölü doğulmuş təşkilatdır. Onu iqtisadi təşəbbüslər vasitəsilə canlandırmaq mümkün olmayacaq", - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi araşdırmalar mərkəzindən ekspert Mixail Aleksandrov deyir.
"Bu dövlətlərin əsas iqtisadi partnyoru Rusiyadır. Belə bir şəraitdə öz aralarında azad iqtisadi zona barədə danışmaq siyasətdən başqa bir şey deyil. Bu ölkələrin bazarları birləşsə belə kiçik həcmli qalacaq".
David Darçiaşvili isə hesab edir ki, GUAM-ın gələcəyi üzv ölkələrin daxili problemlərinin həlli ilə bağlıdır.
"Hazırda üzv ölkələrdə daxil çəkişmələr bu qurumun birliyini zəiflədir. Bu səpkidə korrupsiya qalmaqalına qərq olmuş Moldovanı misal çəkmək olar. Gürcüstanda qərbpərəst düşərgə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra xeyli zəifləyib. Hazırda ardıcıl qərbpərəst siyasətilə yalnız Ukrayna seçilir. Azərbaycan isə, Qərblə Rusiya arasında birmənalı seçim etməyib", ekspert əlavə edib.
BBC Azərbaycanca
Oxşar Xəbərlər
Putin fərman imzaladı: Rusiya və Ermənistan havadan birgə müdafiə olunacaqlar
ABŞ dövlət katibinin nümayəndələri İlham Əliyevin qəbulunda
Müvəqqəti işlər vəkili: Azərbaycan və Peru bütün səviyyələrdə əməkdaşlıq edə bilər
Xələf Xələfov:"Konvensiya layihəsinin razılaşdırılması üzrə mühüm işlər görülüb"
Xəbər lenti
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq