15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya qayıdarkən onun olduğu təyyarəyə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıların yaxınlaşması ilə bağlı məlumata münasibət bildirib.
Partiya sədri Telegram səhifəsində vurğulayıb ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektləri vurmaq lazımdır: "Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.Xatırladaq ki, avqustun 13-də Rusiya Müdafiə naziri Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıları yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən SU-27-lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələri Krallığına məxsus qırıcılar uzaqlaşıblar.