Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ƏRƏB TURİSTLƏR AZƏRBAYCANDA 50 MİN DOLLAR RÜŞVƏTİ HANSI MƏMURA VERİB…
– Azərbaycanda qanunsuz ov edən ərəbləri ölkəmizə gətirən vəzifəli şəxsin kimliyi bəlli oldu!
Səid Məhərrəmovun qanunlarımızın ayaqlar altına atılmasının qarşılığında ərəblərdən külli miqdarda vəsait aldığı iddia olunur
“Hürriyyət”
in ötən saylarının birində
“Ərəbləri Azərbaycana hansı məmur dəvət edib?”
sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, ərəb turistlərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlaması cəmiyyətdə haqlı etiraza səbəb olub. Bildirmişdik ki, Azərbaycanda qalmaqala səbəb olan, ölkəmizdə qanunsuz ov edən turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduğu haqda informasiyalar səslənir. Doğrudur, K.Heydərov,
“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”,
– deyərək, barəsində səslənən ittihamları rədd etmişdi. Lakin bunun ardınca Kəmaləddin Heydərovun məlum açıqlamasını təkzib edən yeni fotolar yayıldı. Hansı ki, bu fotolarda “fövqəlnazir”in Acınohurda nadir quşları və heyvanları ovlayan ərəblərlə birgə görüntüsü əks olunurdu…
Məqalədə onu da vurğulamışdıq ki, ərəb turistləri Azərbaycana dəvət edərək qanunlarımızın ayaqlar altına atılmasına şərait yaradan məmur, kimliyindən, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, aşkara çıxarılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycana gələn ərəblər ov mövsümünün bitməsinə baxmayaraq, 8-10, bəzi hallarda hətta 20 maşınla ova çıxıbsa, demək, onları
“sizin üçün heç bir qırmızı işıq yoxdur”,
– deyə arxayın edənlər olub. Üstəlik, o da aydın olmuşdu ki, ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iradəsindən kənarda baş verib. Yəni yüksək səlahiyyətli məmurlardan birinin tapşırığı ilə, artıq fevralın sonunda öv mövsümü bitməsinə rəğmən, nazirlik ərəblərə ov etmələri üçün icazə verməyə məcbur olub.
Yazımızın sonunda isə oxucularımıza söz vermişdik ki, Azərbaycanda qanunsuz ov edən ərəblərin ölkəmizə hansı məmur tərəfindən dəvət olunması haqda daha ətraflı məlumat verməyə çalışacağıq.
Beləliklə, son həftə ərzində apardığımız araşdırma nəticəsində Novruz Bayramı ərəfəsində ərəblərin Azərbaycana səfərini təşkil edən məmurun kimliyini ortaya çıxara bildik. “Hürriyyət”in əməkdaşının son dərəcə etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. Mənbə deyir ki, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb…
Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib…
Şübhəsiz, yazımızın bu yerində dəyərli oxucularımızı düşündürən ilk sual bu olacaq ki, FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki,
“az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”.
“Məsələn, 50 min dollardan azdır, ya çox”
, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı.
Məlumat üçün onu da bildirək ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) Ekologiya Nazirliyinin rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq
“yuxarı”
dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.
Mənbə onu da deyir ki, ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. Çünki bu səlahiyyət məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına aiddir. O halda S.Məhərrəmov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərini neçə
“ələ keçirə”
bilib? Deməli, ya Kəmaləddin Heydərovun adından sui-istifadə hallarına yol verilib, ya da nazirin şəxsi tanışları və bir neçə dəfə də qonaq qismində ölkəmizə dəvət olunan ərəblərə
“qarmaq atmaqla”
, onlar vasitəsilə özünə
“biznes sahəsi”
yarada bilib.
Yeri gəlmişkən, varlı ərəblərin Azərbaycanın ov turizminə diqqət göstərməsi faktı yeni deyil və bu səbəbdən bir çox ərəb ölkələrində ölkəmizə qarşı böyük maraq var. Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə turizmin inkişafı naminə bu sahəyə xüsusi diqqət ayırmalıdır. Məsələn, nazirliyin ciddi nəzarəti altında və xüsusi bələdçilər ayrılmaqla, ən əsası isə büdcəyə müəyyən qədər vəsit ödənilməsinin qarşılığında, turistlərin ölkəmizdə ov etməsinə şərait yaradıla bilər. Yoxsa kimlərinsə cibi dolsun deyə qanunlarımızı və xalqımızın qürurunu ayaqlar altına atmaq olmaz!
RƏŞAD
Redaksiyadan: Mövzu ilə bağlı dünən gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Oxşar Xəbərlər
Kəmaləddin Heydərov da vəzifəsindən azad edilir?
Heydərovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
İş adamı Ramiz Mehdiyevlə şərikliyini təkzib etdi: “Bu, mənim qanuni fəaliyyətimə kölgə salmaqdır”
Kəmaləddin Heydərov üçün gerisayım başladı: Yola salınır
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları