Bakıda məşhur restoran müştərilərə müddəti bitmiş məhsullar verirmiş - FOTOLAR

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama keçirilib.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Sozcu.info-a verilən məlumata əsasən, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.
Eyni zamanda çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.



Oxşar Xəbərlər

Xəbər lenti