İcra Hakimiyyəti ilə şirkətlər arasında 3.6 milyonluq qalmaqal –Məhkəmə prosesi

İcra Hakimiyyəti ilə şirkətlər arasında 3.6 milyonluq qalmaqal –Məhkəmə prosesi

 

Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti iki tikinti şirkətini məhkəməyə verib.

 Buna səbəb İcra Hakimiyyəti ilə əməkdaşlıq etdiyi şirkətlər arasındakı münasibətlərin pozulmasıdır.

Məlumata görə, bu səbəbdən Nərimanov İcra Hakimiyyəti əvvəllər əməkdaşlıq etdiyi, son bir əməliyyatla isə hesabına 3.600.000 manat pul köçürdüyü şirkətləri –  "Xocalı” Kiçik Müəssisəsi ilə "ARAZ-2011 A” MMC-ni məhkəməyə verib:

"İcra Hakimiyyəti məhkəmədən qeyri-yaşayış binasının hərraca çıxarılaraq satılması, qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar 3 600 000 manat məbləğində pul vəsaitinin ədalətli kompensasiya olaraq "Xocalı” KM-nin hesabına köçürülməsi, qalıq məbləğin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığına köçürülməsini tələb edib. Lakin şirkət icra qurumunun bu tələbini ədalətsiz sayır və hesab edir ki, nəzərdə tutulan məbləğ hələ azdır, işin səviyyəsinə uyğun olaraq, pul tam şəkildə şirkətlərə ödənilməlidir".  

Maraqlıdır ki, işə baxan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi İcra Hakimiyyətinin tələbini uzatmadan təmin edib. Ancaq "Xocalı” KM nə İcra Hakimiyyətinin tələbi, nə də məhkəmənin qərarı ilə razılaşmayıb. Ona görə də birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Məhkəmədən əldə etdiyimiz məlumata görə, Nərimanov Rayon İcra Hakimiyyəti ilə şirkətlər arasındakı 3.6 milyonluq davaya yanvar ayının 12-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq: "İş hakim Kəmalə Abiyevanın sədrliyi ilə icraata qəbul olunub. Yanvar ayının 12-də, saat 12.00-da şirkətlərin İcra Hakimiyyətinə qarşı şikayətinə baxılacaq".



Oxşar Xəbərlər

Xəbər lenti