12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Beylaqan rayonu, Məşədi Əzizbəyov küçəsi, ev 43 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhərində kirayədə yaşayan ehtiyatda olan hərbçi Cuvarlı Əbdül Taryel oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, 28.04.2015-ci ildən 16.06.2021-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişəm. 27.09.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bu zaman döyüş tapşırığını yerinə yetirərkən, düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində xəsarət almışam.
İlk yardım göstərildikdən sonra - 28.09.2020-ci ildə Silahlı Qüvvələrin BKH-na təxliyə edilmişəm, 09.10.2020-ci ilədək stasionar müalicədə olmuşam. N saylı hərbi hissə komandirinin 11.02.2021-ci il tarixli, 1023 nömrəli göndərişi ilə 12.02.2021-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına getmişəm. 23.02.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası partlayış travması, döş qəfəsinin arxa nahiyəsinin döş boşluğuna nüfüz edən pnevmohemototraksla müşayiət olunan kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsi sağ çapığı, xarici tənnəffüs funksiyasının qarışıq tip əhəmiyyətli funksiya pozulması ilə ekspert diaqnozu ilə şəhadətləndirilmişdir. Xəstəliklər cədvəlinin 83 “b” maddəsinin III qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında” əsasnaməyə) əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir.
21.02.2021-ci il tarixli, 1229 nömrəli travma haqqında arayışa əsasən, “partlayış travması döş qəfəsinin sağ arxa nahiyəsinin döş boşluğuna nüfüs edən pnevmohemototraksla müşayiət olunan kor qəlpə yaralanması, sağ plevra boşluğunun bilau üsulu ilə drenaj edilməsi” diaqnozu ilə ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşam.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Təhqiqat Ağ Ciyər Xəstəlikləri inistitutunun №0001568-li çıxarışına əsasən aşağıdakı diaqnoz qoyulmuşdur:
- Partlayış travmasından sağ tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət (S 27,7);
- Tənəffüs çatmazlığı II (ikinci) dərəcə;
- Üzvü mənşəli səxsiyyət pozğunluğu;
- Ağciyərlərin xroniki oliqrantiv xəstəliyi.
Mənim əlillik vəziyyətim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilmiş və 2023-cü ilin fevral ayında III qrup əlillik müavinatı təyin edilmiş, 2024-cü ilin fevral ayında isə dayandırılmışdır.
Bu barədə hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 16.04.2024-cü il tarixində Agentlikdə nəzarət qaydasında müayinə olunmuşdum.
Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq 30.05.2024-cü il tarixli 3-17-4/2-C-15083/2024 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin elektron sənəd dövriyyəsi alt sistemi elektron sənədə əsasən “diaqnoz əlillik təyin etmir” qəbul edilmişdir.
Qəbul edilən qərarla qəti razı deyiləm. Yuxarıda qeyd edilən xəstəliklər hazırda da mənim canımdadır. Sadəcə, haqsız yerə nazirlik mənim əlilliyimi kəsib.
Növbəti dəfə müraciətimə də imtina cavabı verildi.
Ağ ciyərimin 50-60 faizi işləmir. Qulağımın biri eşitmir. Səhhətimlə bağlı problemim o qədər çoxdur ki, bilmirəm hansını deyim…
Cənab Prezident!
Xahiş edirəm, Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin bu qanunsuzluqlarına son qoyun. Mənim kimi həqiqi xəstələr, həqiqi əlillik dərəcəsi olanların haqları açıq şəkildə tapdalanır”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə məlumat vermişik, hazırda araşdırma aparılır.
Jalə FAMİLQIZI