12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Yeni Günəşli “Q” yaşayış sahəsi, 20 saylı bina Mənzil Tikinti Kooperativinin balansında olduğundan, binanın saxlanılması, abadlaşdırılması və təmiri MTK-nin səlahiyyətlərinə aiddir.
Şikayətlərlə bağlı “Kainat-1” MTK ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, lift artıq təmir olunub və işləyir: “Lift yanmışdı, iki gün işləmədi. Lakin artıq düzəlib və istifadə edilir. Bura köhnə kooperativ binadır. Həyətində abadlıq işləri aparılmalı, uşaqlar üçün əyləncə və oturmaq üçün yer təşkil edilməlidir. Lakin burada yaşayan sakinlər kasıbdırlar, köməklik edə bilmirlər. Zibilpulunu belə verə bilməyən vətəndaşlar var. Binanın üstü də rənglənməlidir. Bütün bunlara görə təkcə mən yox, Yeni Günəşlidə olan bütün MTK-lar liftlərin dəyişdirilməsi üçün keçən il həm Nazirlər Kabinetinə, həm də rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin hələ də müsbət cavab gəlməyib. Deyirlər ki, kooperativin vəsaiti hesabına olmalıdır, axı vəsait yoxdur... Bir liftin qiyməti 35 min manatdır. İndi düzəlib, amma dəyişməlidir. Binaətrafı yollarda isə heç bir qazınma işi aparılmayıb. Yollar yaxşıdır”.
Lamiyə Məmmədova