Sakinlər 114 nömrəli marşrut avtobusların fəaliyyətindən ŞİKAYƏTÇİDİR - VİDEO


“114 nömrəli avtobus həftədə ən azı 2 dəfə yolda qırılıb qalır”

Bakı şəhərinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar 114 nömrəli marşrut avtobusların yararsız olmasından narazılıq edirlər. Şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Deyilən kimi, Azərbaycanda hər şey yaxşıdırsa, bəs niyə bu qırıq-sökük avtobusları şəhərdən yığmırlar?!

Artıq təngə gəlmişik. Yay-qış bu avtobuslara minmək məcburiyyətindəyik. Gec-gec gəlməyi bir yana, hələ üstəlik yolda xarab olmağı da var.

Məsələ illərdir bütün kanallarda işıqlandırılsa da, səlahiyyətli qurum yenə öz bildiyini edir. Şəhərə bu qədər avtobus gəlir, niyə bir neçəsini də bu qırıq, pis gündə olan 114 nömrəli avtobus xəttinə vermirlər? Ancaq mərkəzi bəzəyirlər. Bu avtobuslar isə həftədə ən azı 2 dəfə xarab olub yolda qalır.

İndiki halda “üstü bəzək, altı təzək” misalı lap yerinə düşür. Şəhərin mərkəzinə təzə avtobuslar buraxsalar da, kənarlara baxan yoxdur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti