12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
İnternat məktəbinin məzunu Eldarov Xəlil Sərdar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, Eldarov Xəlil Sərdar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin həlli istiqamətində tapşırıqlar verəsiniz.
Sizə müraciətimdən əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət ünvanlamışam. Lakin heç bir nəticə əldə etməmişəm.
Qeyd edim ki, valideynlərini itirmiş, valideyn himayəsindən mərhum olmuş və onlarla bərabər tutulan şəxslər, ali-orta ixtisas peşə təhsili müəssisəsində təhsilini davam etdirən, 23 yaşa qədər ilk dəfə işə girən məzunlar əmək haqqının 5 misli qədər birdəfəlik müavinətlə təmin olunurlar. Lakin biz Nazirlər Kabinetinin 693 nömrəli və 179 nömrəli qərarlarına əsasən bu müavinəti ala bilmirik.
Bununla bağlı dəfələrlə Milli Məclisin Sosial qanunvericilik şöbəsində və komitə sədrinin qəbulunda olmuşam. Onlar da bildiriblər ki, bu müavinəti almalısınız. Amma mən bu müavinəti aılmaqda çətinlik çəkirəm. Aidiyyəti qurumlar bunun verilməməsi üçün əllərindən gələni edirlər sanki.
Cənab Prezident!
Siz dəfələrlə çıxışlarınızda bildirmisiniz ki, hər hansısa bir qanunsuzluqla üzləşdikdə mənə məlumat ötürün. Mən məktublarımdan cavab ala bilməyincə, Sizi məlumatlandırmaq üçün media vasitəsilə müraciət edirəm.
Diqqətinizə çatdırım ki, Prezident Aparatında da qəbulda olmuşam. Heç bir qurum mənə kömək etmək istəmir.
Mən sizə üz tutaraq, bu çətin vəziyyətimdə kömək istəyirəm. Xahiş edirəm, bizə köməklik göstərin.
Biz sizə inanırıq və əminik ki, müraciətimiz cavabsız qalmayacaq”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.