12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Hacıqabul rayonu, Qarasu kənd sakini Şıxaliyev Bəhlul Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Yazıb bildirmək istəyirəm ki, Hacıqabul rayonunun Qarasu kəndində yaşayıram və fermer təssərüfatı ilə məşğulam. Kənd bələdiyyəsinin balansında olan torpaqlardan istifadə edərək, fəaliyyət göstərirdim. Nazirlər Kabinetinin qərarı ilə torpaqlar örüş təyinatindan əkin təyinatına keçdikdən sonra həmin ərazi Hacıqabul rayon İcra Hakimiyyətində mübahisəyə səbəb oldu. Bundan sonra Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi (köhnə DAİM müdiri) Mirzəyev Nurbala torbağın məndə və digər vətəndaşlarda qalması üçün külli miqdarda pul tələb etməyə başladı. Biz, 5 nəfər sahibkar, bununla razılaşmayıb, kollektiv şəkildə şikayətlər etdikdən sonra onlar məcburən bizimlə razılaşmalı oldular.
Lakin qanunsuzluqlarla bağlı şikayət etdiyim üçün Mİrzəyev Nurbala məndən qisas almağa başladı. Belə ki, o və Afiq Kərimov bizimlə birgə şikayətçi olan sahibkar Abdullayev Qabil Adil oğlunu öz tərəfinə çəkdi, A.Qabilin qardaşı oğlu Abdullayev Elşad Habil oğlunu Hacıqabul rayon Qarasu kənd bələdiyyəsinə sədr təyin etdilər və Abdullayev Qabilin bütün torpaqlarını sənədləşdirib, aralarında dostluq yaradandan sonra, məndən qisas almaq üçün A.Qabili mənə qarşı çevirdilər.
Mirzəyev Nurbala vəzifə səlahiyyətlərindən istifadə edərək rayonun bütün rəhbər işçiləri, həmçinin DAİM-in işçilərini mənə qarşı qaldırdı. DAİM-in işçiləri bələdiyyənin balansından müqavilə ilə götürdüyüm torpaqları əlimdən almaq üçün mənə qarşı təxribatlarla əl atdılar.
Cənab Prezident!aqronumu Axundov Ərəstunun vasitəsi ilə əkilmədiyi halda əkildi bəyani verilir, Axundov Ərəstun baxış keçirib, olmadığı halda “əkin var” deyə imza çəkib, qərəzli vəziyyət yaradır və əkilməmiş yerləri “əkildi” kimi göstərməklə həqiqətən əkilən yerlərə problem yaradır. Bundan başqa, fakt olaraq deyə bilərəm ki, Abdullayev Qabil yanlış bəyan verdiyi üçün 2 illik cərimə olunaraq, dövlət tərəfindən verilən subsidiyadan məhrum olunmuşdur.
Bundan əlavə, Qabil Abdullayev toxumçuluq fəaliyyəti adı altında da dövlətdən pul mənimsəyir. Qabil Abdullayevin digər qardaşının oğlu Abdullayev Akif Murad oğlu zootexnikdir və DAİM-in müdiri Ariz Abuzərovun əli ilə süni mayalanma adı ilə dövlətdən mayanı alıb, heç bir mayalanma olmadığı halda dövlətin pulunu mənimsədikləri haqda şübhələr var. Eyni zamanda, Suvarma Sistemləri İdarəsinin müdiri də Abdullayevlərdəndir, işçiləri də Abdullayevlərdir və heç işə çıxmadan dövlətdən pul mənimsəyirlər. Abdullayev Qabil toxumçuluq fəaliyyəti adı altında vətəndaşlardan subsidiyanı aşağı məbləğə nağdlaşdırır. Hətta, deyilənlərə görə, dövlətin əkinçilərə təyin etdiyi traktoru, yanacağı yalnız öz mənafeyləri üçün istifadə edirlər. Araşdırıldığı zaman Abdullayevlərin DAİM-in müdiri Abuzərov Arizin köməyi ilə hər tərəfli dövlətə ziyan vurduğu həqiqəti üzə çixacaqdır.
Cənab Prezident!
Yuxarıda göstərilənləri əsas tutaraq Sizdən xahiş edirəm ki, Kənd Təsərüffatı Nazirliyinin Hacıqabul rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlunun, Hacıqabul rayon Qarasu kənd bələdiyyəsinin sədri Elşad Abdullayevin, toxumçuluqla dövlətdən saxta yollarla vəsait mənimsəyən Qabil Abdullayev barəsində, DAİM-in sədri Ariz Abuzərovun əməllərinə şərik olmuş aqronom Ərəstun Axundovun qanunsuz əməlləri nəzarətə götürülsün və bu vəzifəli şəxslərin fəaliyyətləri araşdırılsın”.
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Şikayətçinin göndərdiyi məktubu olduğu kimi dərc etdik. Əlbəttə, biz redaksiya olaraq, burada yazılanlara şərik deyilik. Sadəcə, mətbuat haqqında qanuna istinad edərək, redaksiyamıza daxil olan şikayəti olduğu kimi işıqlandırdıq. Qarşı tərəflərə əlaqə saxlaya bilmədiyimiz üçün yazını mövqesiz dərc etməyə məcbur olduq.
Adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.