Sergey Skripka:"Avrasiya neft dəhlizinin əsas hissəsinin tikintisinə icazə uzadılacaq"

Sergey Skripka:"Avrasiya neft dəhlizinin əsas hissəsinin tikintisinə icazə uzadılacaq"

 

Cari il oktyabr ayının sonunadək Brodı (Ukrayna) – Plotsk (Polşa) neft kəmərinin tikintisi üçün ekoloji icazənin müddəti daha dörd il uzadılacaq.

Bu barədə "Report”a bildirən "Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka mövcud ekoloji icazənin 2013-cü ildə 6 illik müddətə daha 4 il uzatmaq ehtimalı nəzərdə tutmaqla aldıqlarını, hazırda icazənin müddətini uzatmaq üçün xətt boyu ekoloji şəraitə dair əlavə tədqiqatların aparılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, 2004-cü il iyulun 12-də Ukraynanın "Ukrtransafta” və Polşanın "PERN Przyjazn” şirkətləri tərəfindən yaradılan "Sarmathia” müəssisəsinin iştirakçıları arasında SOCAR (25,32 faiz), "Georgian Oil and Gas Corporation Ltd” (GOGC; 16,09 faiz), "Ukrtransnafta” (28,79 faiz), "PERN Przyajzn S.A.” (28,79 faiz), Litvanın "AB Klaipedos Nafta” (1 faiz) şirkətləri var.

Ümümi uzunluğu 377 kilometr olan Brodı-Plotsk neft kəməri hazırda Avrasiya neft nəqli dəhlizinin yeganə əksik hissəsidir. Bu layihə tamamlandıqda Xəzər ölkələri neft sərvətlərinin Avropa bazarına ixracı üçün mühüm etibarlı marşrut və yeni müştərilər qazanacaq.



Oxşar Xəbərlər

Xəbər lenti