8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib.
Yenicag.az-ın00 məlumatına görə, sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23,0 faiz artıb.
Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kv. m olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11,0 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib./Trend/