Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməyib

 

Dünya Bankının 2020-ci il üçün Azərbaycan üzrə iqtisadi artım proqnozu dəyişməyib.

"APA-Economics"in Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia” adlı hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanda bu il ÜDM-nin 2,3% artacağı gözlənilir ki, bu da ötən ilin oktyabr ayında bankın verdiyi sonuncu gözləntildən fərqlənmir.

Bundan başqa, Dünya Bankı qeyd edir ki, Azərbaycan qlobal xammal qiymətlərinin əhəmiyyətli dərəcədə dəyişkənliyinə qarşı həssas qalır, xüsusən də, bazarda yüksək qeyri-stabil vəziyyət müşayiət olunanda.



Oxşar Xəbərlər

Xəbər lenti