Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Əvvəlki
Sonrakı
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Müzakirəyə gecikən 2021-ci il büdcəsi -
hansı dəyişikliklər gözlənilir?
Vüqar Bayramov: “Büdcədə müharibədə dəymiş ziyanların kompensasiyası və azad edilən ərazilərin bərpası nəzərdə tutulacaq”
Milli Məclisdə büdcə müzakirələri gecikir və hələ ki 2021-ci ilin büdcə sənədi parlamentə daxil olmayıb. Hər il noyabrın 13-dən başlayaraq Milli Məclisdə növbəti ilin büdcə müzakirələrinə start verilirdi. Hələlik isə parlamentdə büdcə müzakirələrinin nə vaxt keçiriləcəyi bəlli deyil. Məlum olduğu kimi, büdcə müzakirələrinin gecikməsinin səbəbi ölkədə Vətən müharibəsinin başlaması və hazırda məsələnin diplomatik masada davam etdirilməsidir.
2021-ci ilin büdcə zərfində nələrin olacağı barədə Sozcu.info-ya danışan Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, növbəti ilin büdcəsi əvvəlki büdcələrdən tamamilə fərqlənəcək:
“Büdcə müzakirələrinin bu il gecikməsinə əsas səbəblərdən biri ölkədə müharibə vəziyyətinin hökm sürməsidir. Bu il üçün istiqamətlər də tamamilə dəyişib. Artıq Qarabağ işğaldan azad olunub. Eyni zamanda ölkədə koronavirus pandemiyası davam edir. Məhz COVİD-19 pandemiyası ilə əlaqədar xərclər və müəyyən sosial ödəmələr var. Digər tərəfdən isə Azərbaycan işğal altında olan ərazilərinin əksər hissəsini azad edib. Həmin ərazilərdə bərpa işləri getməli, sosial layihələr həyata keçirilməli və bu sahəyə diqqət yetirilməlidir”.
Vahid Əhmədov
Vahid Əhmədovun sözlərinə görə, budəfəki büdcədə müharibədə iştirak edənlərlə bağlı məsələlər yer ala bilər: “İkinci Qarabağ müharibəsində şəhid olan ailələrə müavinətlərin verilməsi, müəyyən zədə almış hərbçilərimizə yardımların edilməsi, onların evlə təmin olunması kimi məsələlər əsas müzakirə obyekti ola bilər. Hesab edirəm ki, bu məsələlərdə daha çox sərbəstlik vermək lazımdır ki, Azərbaycan hökuməti qarşıya qoyulan məsələləri yerinə yetirə bilsin”.
2021-ci ilin büdcəsində müharibənin və qələbənin yaratdığı yeni şərait baxımından hansı dəyişikliklər olacaq? Büdcənin xərc hissəsi dəyişə bilərmi? Pandemiya ilə bağlı kəskinləşən vəziyyət hansı tələblər ortaya qoyacaq? Neftin qiyməti ilə bağlı büdcə proqnozu yenilənə bilərmi?
Vüqar Bayramov
Bütün bu sualları Sozcu.info-ya açıqlamasında cavablandıran iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov vurğuladı ki, büdcə müzakirələrinin gecikməsinin obyektiv səbəbləri var:
“Büdcə hələ ki parlamentə daxil olmayıb, yalnız büdcə sənədi Milli Məclisə daxil olduqdan sonra biz onun müzakirəsini həyata keçirə biləcəyik. Nə zaman daxil olacağı ilə bağlı da proqnoz verə bilmərik. Parlamentə yeni büdcə sənədi daxil olduqdan sonra müvafiq komitələrdə müzakirələr aparılacaq və deputatlar da əvvəlki dövrlərdə olduğu kimi öz təkliflərini verəcəklər. Büdcə sənədi layihəsinin yubanmasının da obyektiv səbəbi var. Azərbaycan II Qarabağ savaşını apardı, qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Əslində büdcə sistemi haqqında qanuna uyğun olaraq, bütün mərhələlər vaxtında həyata keçirilib. Maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin büdcə layihəsinin ümumi konturları vaxtında elan olundu. Daha sonra Nazirlər Kabinetində növbəti ilin büdcə sənədinin müzakirəsi vaxtında həyata keçirildi. Ancaq sonradan II Qarabağ savaşının başlaması gələn ilin büdcəsinə də fərqli yanaşmaya səbəb oldu. Çünki 44 gün davam edən savaş nəticəsində dəymiş ziyanlar var, onlar dövlət tərəfindən kompensasiya olunacaq. Dəymiş ziyanın dövlət komissiyası tərəfindən qiymətləndirilməsi aparılır və bu müddətdən asılı olaraq həmin ziyan 2020 və 2021-ci illərin dövlət büdcələri arasında bölüşdürülə bilər. Ancaq büdcənin əsas istiqaməti 2021-ci ildə nəzərdə tutulan və ölkə Prezidenti tərəfindən elan olunan işğaldan azad edilən ərazilərimizin bərpa prosesidir. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimiz tamamilə dağıdılıb. Bu baxımdan həmin istiqamətdə bərpanın birinci ilində daha çox vəsaitin ayrılması gözlənilir. Artıq nəqliyyat, kommunal xidmətlər və istilik enerjisinin verilməsi ilə bağlı işlər aparılır və bu işlər davam etdiriləcək. Kifayət qədər böyük ərazilərimizə ziyan dəyib, infrastruktur tamamilə məhv edilib, onun mərhələli şəkildə bərpası gözlənilir. 2021-ci il də məhz bərpanın başlanğıc ili olacaq. Artıq ölkə Prezidenti də dəymiş ziyanın ilkin qiymətləndirilmələrinin aparılması ilə bağlı göstəriş verib, proses başlayıb. Proses gələn il və növbəti illərdə də davam edəcək. Bu xərclərin nəzərə alınması çox vacibdir. Azərbaycan postmüharibə dövrünə qədəm qoyub və qalib ölkədir. Torpaqlarımız işğaldan azad olunduğu üçün onların bərpası növbəti illərin prioritet məsələlərindəndir. Bütün bunlar da 2021-ci ilin büdcə layihəsində ehtiva edilməlidir”.
Koronavirusla bağlı xərclərə gəlincə, V.Bayramov bildirdi ki, bu ilin yayında elan olunan büdcə xərclərində pandemiya ilə bağlı xərclər nəzərə alınmışdı:
“Bu mənada koronavirusa yoluxmaların davam etməsi növbəti ilin büdcə layihəsinə təsir etmir. Çünki yay aylarında Maliyyə Nazirliyi tərəfindən elan olunan büdcə sənədində 2021-ci ildə koronavirusun sosial-iqtisadi təsirlərinin minimumlaşdırılması istiqamətində, eyni zamanda səhiyyə istiqamətində ayrılacaq xərclərin həcmi var idi. Qarabağ savaşındakı qələbəmiz növbəti ilin büdcə proqnozlarına da müsbət mənada yanaşmanı dəyişdi. 2021-ci ilin büdcəsi Azərbaycan üçün tarixi bir büdcə olacaq, çünki bu qələbə büdcəsidir. Müstəqillik illərində ilk dəfə biz qələbəni nəzərə alaraq büdcə layihəsinin müzakirəsini və icrasını həyata keçirəcəyik. Belə kütləvi bərpa yalnız 1994-cü ildə olub. Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun 22 kənd və bir şəhəri işğaldan azad olundu və onların bərpası həyata keçirildi. Sonrakı illərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bərpa olundu. Ancaq ilk dəfədir ki, bu qədər böyük ərazidə qiymətləndirmə və bərpa işlərinə start veririk. Bu mənada növbəti ilin qələbə büdcəsi Azərbaycan tarixində qalacaq bir büdcə olacaq”.
Büdcə xərclərinin artması ehtimalına toxunan V.Bayramov, bunu istisna etmədi:
“Maliyyə Nazirliyi tərəfindən qiymətləndirmələr aparılan zaman və ya layihə sənədində büdcə xərcləri arasında müəyyən istiqamətlərdə məbləğlərin dəyişdirilməsi həyata keçirilə bilər və ya kənar mənbələrdən xərclərə yenidən baxılması reallaşır. Layihə olmadığı üçün konkret fikir söyləmək çətindir. Ancaq kifayət qədər ciddi bir bərpadan söhbət gedir, büdcədən bu istiqamətdə ciddi məbləğlər ayrılacaq. Ona görə də bu, büdcədə nəzərə alınacaq.
Deputat vurğuladı ki, hərbi xərclərin təmir-bərpaya yönəldilməsi gözlənilmir:
“Söhbət ölkənin hərbi qabiliyyətinin gücləndirilməsi xərclərindən gedir. Biz qələbə qazansaq da, bütün hallarda qonşumuz Ermənistandır, onların tərk etdiyi rayonlarda bu gün nələr etdiyini hamı görür. O baxımdan Azərbaycan üçün hərbi müdafiə qabiliyyətinin gücləndirilməsi növbəti illərdə də prioritet olacaq. Bu bizim bəxtimizə yazılıb ki, Ermənistan bizim qonşumuzdur və daim müdafiə xərclərinə diqqətin artırılması məqsədəuyğundur”.
Bu ilin yay ayları ilə müqayisədə neftin qiymətində müşahidə olunan artımın büdcə proqnozlarına təsir edib-etməyəcəyi ilə bağlı suala aydınlıq gətirən V.Bayramov bildirdi ki, neft bazarında müəyyən canlanma müşahidə olunsa da, pandemiyanın davam etməsini nəzərə alaraq neftin qiyməti ilə bağlı konservativ yanaşmanı qorumalıyıq:
“Mən neftin bahalaşmasına baxmayaraq, büdcədə neftin qiymətinin artırılmasını məqsədəuyğun hesab etmirəm. İndiki 35 dollarlıq qiymət məqbuldur. Büdcə sistemi haqqında qanuna əsasən ilin ortasında büdcəyə baxılıb əlavə və dəyişikliklərin edilməsi mümkündür. Əgər gələcəkdə qiymətlər artarsa, neftin qiyməti büdcədə artırıla bilər. Hazırda konservativ yanaşmanın qorunub saxlanılması daha məqsədəuyğun olar”.
Oxşar Xəbərlər
Vahid Əhmədov:“Milli Məclisin büdcə zərfi hələ də deputatlara təqdim olunmayıb”
Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi - BAŞ NAZİRDƏN QƏRAR
Parlament büdcə dəyişikliyini müzakirə edir
Gömrük Komitəsinin sədri:“2019-cu ilin büdcə paketində gömrük rüsumlarına baxılır”
Xəbər lenti
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ -
TƏFƏRRÜAT
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Türküstanın maraqlarına xidmət edən müharibə
Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
FOTO
Səhiyyə naziri əmr imzaladı
Yeməyin yanında çay içənlərə pis xəbər
G7 nazirləri və baş bankirləri həyəcan təbili çaldılar:
Vəziyyət tezliklə sabitləşməlidir...
İlham Əliyev fərman imzaladı
2 rəsmi bayramı ləğv etdilər
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT -
FOTO
Türkiyədə məktəb hücumlarından sonra ŞOK PAYLAŞIMLAR: 81 vilayətdə əməliyyat başladı -
FOTOLAR
Rubl manata qarşı ucuzlaşdı, avro isə bahalaşdı -
VALYUTA MƏZƏNNƏLƏRİ
Bu günün hava proqnozu
Space TV bağlanır?
– Telekanal daxilində baş verən “çox dərin olaylar”
“Honda” təhlükəli nasazlıq səbəbindən yarım milyon avtomobili geri çağırır
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
Ərdoğan: Kahramanmaraşdakı məktəb hücumunun bütün təfərrüatları araşdırılacaq
-Foto
ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi
Azərbaycan Türkiyəyə başsağlığı verdi
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş -
Saxlanıldılar
Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
Məktəblilərə forma məcburi edilir
Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb
ABŞ-da keçmiş konqres üzvünə qarşı yeni ağır ittihamlar irəli sürüldü
İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -
VACİB AÇIQLAMA
Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar –
ARTACAQ
Aprelin 22-dən 24-dək... - XƏBƏRDARLIQ
Bakıda leysan olacaq
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Rusiya XİN Azərbaycana
TƏŞƏKKÜR ETDİ
Bu ərazidəki bəzi evlər, binalar və iaşə obyektləri söküləcək, yol qovşağı salınacaq
32 yaşlı kişinin qarnından 20 il əvvəl udduğu termometr çıxarıldı
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Yeməyin yanında çay içənlərə pis xəbər
Bu günün hava proqnozu