TƏBİB-ə yeni müşavir təyin edildi
Zelenski ilə Ərdoğan İstanbulda görüşdü
Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var -
FOTO
Əli Əsədov MÜHÜM müşavirə keçirdi:
tapşırıqlar verdi
Xamenei Rusiyaya gedib?
Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır -
FOTOLAR
Pezeşkian:
Qardaşım İlham Əliyevlə söhbətdə Azərbaycana təşəkkürümü bildirdim”
ABŞ-nin ikinci təyyarəsi də qəzaya uğradı
Putin Ərdoğanla danışdı
Əvvəlki
Sonrakı
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
ABŞ-nin müharibə xərci artır - Yeni rəqəm açıqlandı
12-03-2026, 11:28
İran müharibəsi bu tarixdə bitəcək
11-03-2026, 17:52
İran ağırlığı 1 tondan çox olan döyüş başlıqlı raketlərdən istifadə etmək niyyətindədir
10-03-2026, 11:35
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İqtisadiyyatın canlanmasında mühüm rola malik biznes -
toy yasağı götürülsünmü...
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə koronavirus infeksiyasının yayılma dairəsinin minimuma enməsi nəticəsində hökumət müəyyən açılımlara getsə də, toy məclislərinin keçirilməsinə icazə verməməkdə davam edib.
Qeyd edək ki, koronavirus infeksiyası yayılmağa başladığı ilkin mərhələdə bütün dünyada toy, yas, kütləvi bayram tədbirləri, idman yarışları, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi belə qadağan edildi. Lakin zaman keçdikcə əksər ölkələrdə kütləvi bayram tədbirləri, yarışlar istisna olmaqla, digər tədbirlərin keçirilməsi bərpa olundu. Bu təcrübədən çıxış edərək, Azərbaycanda da bir çox ekspertlər yoluxma təhlükəsinin qarşısını alacaq öntədbirlərə riayət olunması şərtilə toy məclisləsinə qoyulan qadağanın aradan qaldırılmasını zəruri sayırlar.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, təhlükəsizlik tədbirlərinə, epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpası mümkündür:
“Xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”.
Vüqar Bayramov: “Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin”
Millət vəkili deyir ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir: “Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda toy biznesi yalnız şadlıq evləri və restoranlardan ibarət deyil: “Toy biznesi böyük multiplikativ effekti olan bir sahədir. Bura fotoqraflardan tutmuş, şadlıq evləri və restoranlara ərzaq, işçilər satanlara, gözəllik salonlarına qədər böyük bir biznes şəbəkəsi aiddir. Bir çoxları qeydiyyatsız olsa da, toy biznesi ölkədə məşğulluğun təminatında da mühüm rol oynayır, çünki minlərlə iş yeri təmin edirdi. Bu baxımdan biz toy biznesinin dayanmasının rəsmi iqtisadi zərərləri ilə yanaşı, qeyri-rəsmi zərərini də nəzərə almalıyıq. Tam əminliklə deyə bilərik ki, toy biznesi Azərbaycanda iqtisadi canlanmanın təmin olunmasında mühüm rola malikdir”.
Ekspert hesab edir ki, Azərbaycanda toylara yanaşmanın dəyişməsi zəruridir: “Hamımız bilirik ki, toylarda israfçılıq geniş yayılmışdı. Bu baxımdan, pandemiyadan sonra bu yanaşmanın dəyişməsinə ümidlər var”.
Mürvət Həsənli: “Bu, qeyri-ərzaq pərakəndə ticarətində, tikinti, mebel, zərgərlik məmulatları istehsalında və digər sahələrdə tələbatın yaranması, hərəkətlilik deməkdir”
Toy biznesinin aktiv iştirakçısı, “Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənli bildirir ki, pandemiyaya görə toyların qadağan edildiyi bir il ərzində 1 milyon manatdan yuxarı zərərə uğrayıb:
“Biz adətən il ərzində may ayı, Ramazan ayı, Məhərrəm ayında toyların olmamasına alışmışdıq. Fəaliyyətimizi elə tənzimləyirdik ki, boş dayandığımız müddətdə işçilərin əmək haqqını ödəyə bilirdik. Amma son bir ildə toyların tamamilə qadağan olunması nəticəsində 1 milyon manatdan yuxarı zərərlə üzləşmişik. Və deyim ki, bu, yalnız toy biznesinin bir həlqəsinin - şadlıq sarayı olaraq bizim zərərimizdir. Bu biznesin digər həlqələri də var və onların da zərəri böyükdür. Azərbaycanın bir çox dünya ölkələrində olduğu kimi, özünəməxsus toy adətləri var. İsraildən tutmuş, Şərqi Avropa ölkələrinə qədər geniş bir ərazidə toy məclislərinin təntənəli keçirilməsi müşahidə olunur”.
İş adamı qeyd edir ki, toy biznesi iqtisadiyyatı hərəkətə gətirən əsas amillərdən biridir:
“Baxın, toy varsa, demək, proses evlənənlərin yaşaması üçün ev alınması, yaxud olan evlərin təmirindən başlayır. Bu, tikinti, alqı-satqı sahəsində hərəkətlilik deməkdir. Daha sonra gəlinə qızıl-bəzək əşyalarının, geyimlərin alınması, qız valideynləri tərəfindən isə cehizlik əşyaların - mebeldən tutmuş, çini qablara, elektronik əşyalara qədər - alınması gəlir. Bundan əlavə, toylarda iştirak edəcək şəxslərin geyim alması da nəzərə alınmalıdır. Bu, qeyri-ərzaq pərakəndə ticarətində, mebel, zərgərlik məmulatları istehsalında tələbatın yaranması, hərəkətlilik deməkdir. Daha sonra gəlir fotostudiya, gözəllik salonları kimi sahələrdə tələbin yaranması. Toy günü üçün şadlıq saraylarını, restoranları meyvə, içki, ət, digər məhsullarla təmin edən sahibkarlar da biznesin bir həlqəsini təşkil edir. Toyların yaratdığı tələbat kənd təsərrüfatı məhsullarının satış həcmlərini artırmaqla bu sahənin də inkişafına təkan vermiş olur. Həmçinin toya gəlib-gedənlərin istifadə etdiyi taksi xidmətləri var. Toy məclisində çıxış edən müğənnilər, tamadalar, rəqs qrupları və sairi də əlavə etdikdə, görün, toy nə qədər böyük biznes şəbəkəsi üçün iş, gəlir deməkdir. Bir ildir Azərbaycanda belə böyük biznes şəbəkəsinin fəaliyyəti dayandırılıb. Əlbəttə, biz sahibkar olaraq heç bir halda yoluxma riskini artırmağın tərəfdarı ola bilmərik. Lakin son ayların dünya təcrübəsi də göstərir ki, pandemiyanın yayılmasında məhdudiyyətlərdən daha çox, qaydalara əməl olunmasına nəzarət mexanizminin düzgün qurulması müsbət rol oynayır. Yəni biz toyun keçirilməsini qadağan etməklə deyil, toyların təhlükəsizlik tədbirləri alınmaqla keçirilməsini təmin etməklə daha böyük nailiyyət əldə edə bilərik”.
M.Həsənli bildirir ki, toyların 50-60 nəfərlə keçirilməsi şərtilə bərpa olunması nə şadlıq sarayları və restoran sahiblərinə, nə də toy edənlərə iqtisadi baxımdan sərf edən variantdır:
“Bir misalla izah edim. Tutalım ki, toy məclisində iştirak edən musiqiçi və xanəndəyə min manat verilir. 50 nəfər qonaq olarsa, bu, hər adama 20 manat xərc deməkdir. Qonaqların sayı 300 olduqda isə bu, adambaşına 3 manat xərcdir. Şadlıq saraylarına gəlincə, bir zalın isidilməsi (yaxud soyudulması), təmizlənməsi xərci qonaqların sayından asılı deyil. Üstəlik, az sayda qonaq üçün ərzağı da az almaq lazım gəlir ki, bu da qiymətdə fərqə səbəb olur: ərzağı nə qədər çox alsan, bir o qədər qiymətdə endirim əldə edirsən. Yəni şadlıq saraylarının gəlir marjası kəskin azalacaq. Toy sahiblərinə gəlincə, 50 nəfərlə toy edən ailə şadlıq sarayına adambaşına 100-200 nəfərlik toydan az qala ikiqat artıq pul ödəməli olacaq. Buna görə də təhlükəsizlik tədbirlərinə riayət və nəzarət edilməsi şərtilə, toyların əvvəlki qaydada keçirilməsinə icazə verilməsi daha məqsədəuyğun olardı. Bu, postpandemiya dövründə iqtisadiyyatın bərpası prosesinin sürətlənməsinə ciddi bir təkan olar”.
Koronavirusun yayılma sürətinin artdığı indiki məqamda toyların bərpası məsələsinin gündəmə gətirilməsi yəqin ki, çoxlarına təəccüblü gələcək. Amma nəzərə alsaq ki, toy biznesi iqtisadiyyatın canlanmasına təkan verə bilər, eyni zamanda Azərbaycanda toysuz evlənmə təcrübəsi yox səviyyəsində olduğuna görə toyların dayanması demoqrafik problem də yaradır, o zaman bu adətimizin bərpa olunmasının vacibliyini anlamaq olar. Toyların bərpası ona yaxın iqtisadi fəaliyyət sahəsində işin canlanması, büdcəyə vergi və sosial ödənişlərin artması deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq 759,6 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq 350,4 milyon manat, fiziki şəxslər üzrə dövriyyə isə iki dəfədən də çox azalmaqla 403 milyon 608,9 min manat təşkil edib.
Cari ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 25,1 faiz azalaraq 620,3 milyon manat olub.
Komitənin hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda yeni doğulan uşaqların sayı 2019-cu illə müqayisədə 11,2 faiz(14 608 nəfər) azalmaqla 126 571 nəfər təşkil edib.
Oxşar Xəbərlər
Ağdamda məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər
Dünyada koronavirus:yoluxanların sayı 20,8 milyonu ötüb
Emin Əmrullayev Mətanət Misirxanovanın karantini pozmasına münasibət bildirəcəkmi?
“Dünya hələ koronavirus pandemiyasının başlanğıcındadır”- ABŞ-ın baş infeksionisti
Xəbər lenti
Oğlunun toyunda başına daş düşən kişi öldü
TƏBİB-ə yeni müşavir təyin edildi
Hər gün yaz göyərtisi yeyin
Zelenski ilə Ərdoğan İstanbulda görüşdü
Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var -
FOTO
3 BÜRC tezliklə çox varlanacaq
Əli Əsədov MÜHÜM müşavirə keçirdi:
tapşırıqlar verdi
Xamenei Rusiyaya gedib?
Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Kommunal borcu olanlarınNƏZƏRİNƏ
“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”
Google sizin danışıqlarınızı dinləyə bilər:
bunu necə söndürmək olar?
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!
Xarab olmasının qarşısını alan ən sadə üsul
Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır -
FOTOLAR
Hava şəraiti ilə bağlı sürücülərə
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Pezeşkian:
Qardaşım İlham Əliyevlə söhbətdə Azərbaycana təşəkkürümü bildirdim”
ABŞ-nin ikinci təyyarəsi də qəzaya uğradı
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Putin Ərdoğanla danışdı
Dəm qazından zəhərlənən 6 bacı-qardaşın vəziyyəti açıqlandı
DTX rəisindən MÜHÜM AÇIQLAMALAR
Bu şəxslərə aylıq gəlirdə 400 manatlıq güzəşt tətbiq EDİLƏCƏK
Prezident onları TƏLTİF ETDİ -
SİYAHI
Əli Əsədov qərar imzaladı -
Bu yol ödənişli olacaq
Taksi sürücülərinin NƏZƏRİNƏ
İranda rekord səfərbərlik:
7 milyon nəfər müharibəyə könüllü yazıldı
Limonlu çay içənlər niyə daha uzun ömür sürür?
Trampdan İrana çağırış:
Nə qədər ki, gec deyil...
Fuad Nağıyev ötən il təyin etdiyi rəisi işdən çıxardı
FOTO
Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı
Sürücülərin nəzərinə!
Araqçi Trampa cavab verdi
Mərkəzi Bank mühüm qərar verdi
Prezident İrana göndəriləcək növbəti humanitar yardımdan danışdı
Pezeşkian İlham Əliyevə zəng etdi
Aprelin ilk ongünlüyündə hava NECƏ OLACAQ?
Müəllimin geyimi müzakirə mövzusu oldu
Mədəniyyət Nazirliyinin bu şöbəsi LƏĞV EDİLDİ
Maaş və pensiyalar artırıla BİLƏR
Leysan olacaq, dolu düşəcək -
XƏBƏRDARLIQ
İlham Əliyev Qırğızıstana səfər edəcək
Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi -
FOTOLAR
ŞOK!
Bir milyard manat yeyinti olub
Cəlilabadda DƏHŞƏT:
85 yaşlı kişi yanaraq ÖLDÜ
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Müdafiə Nazirliyi Aprel döyüşlərinin 10 illiyi əlaqədar MƏLUMAT YAYDI
Həsən Ruhanidən müharibə ilə bağlı ÇAĞIRIŞ
Dubay hava limanında PARTLAYIŞ:
PUA ilə vuruldu
PRİZMA
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
“1918-dən 2020-yə: bir xalqın mübarizə yolu” Elşad Mirbəşirin anonsunda
SOSİAL
1
2
3
4
5
6
Hər gün yaz göyərtisi yeyin
3 BÜRC tezliklə çox varlanacaq
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Kommunal borcu olanlarınNƏZƏRİNƏ
Google sizin danışıqlarınızı dinləyə bilər:
bunu necə söndürmək olar?
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!
Xarab olmasının qarşısını alan ən sadə üsul