Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

Sumqayıt şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu sumqayit.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu, agentliyin regionda inşa edilən ilk layihəsidir və tezliklə mənzillərin satışı ilə bağlı elan veriləcək.
İnternet səhifə istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və layihə ilə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir.
İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.
İstifadəçilər səhifənin “Mənzillər” bölməsində hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər. İlk dəfə bu layihədə studio tipli mənzillər vətəndaşlara təklif ediləcək.
Qeyd edək ki, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində yerləşən layihə iki ədəd doqquzmərtəbəli iki bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil var. 
















Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}