Bu qiymətləri Tarif Şurası müəyyən edəcək - Baş nazir qərar imzaladı

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.
Sozcu.info xəbər verir ki, müvafiq qərarı Əli Əsədov imzalayıb.
Qərara əsasən “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:
Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.
Eyni zamanda dərman vasitələrinin ekspertizası “Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti