Dünya bazarında neft kəskin ucuzlaşır

ABŞ-da xammal ehtiyatları ilə bağlı xəbərlər fonunda neft kəskin ucuzlaşmaqda davam edir.
Sozcu.info “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08.33-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,03% ucuzlaşaraq, 1 bareli 82,17 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,81% düşərək, 1 bareli81,14ABŞ dolları təşkil edib.
ABŞ Energetika Nazirliyinin oktyabrın 22-dək olan həftə ərzində ölkədə neftin kommersiya ehtiyatlarının 4,3 milyon barel və ya 1% artaraq, 430,8 milyon barelə çatması ilə bağlı xəbərləri fonunda neft bazarında mənfi dinamika davam etməkdədir. Belə ki, analitiklər cəmi 1,9 milyonbarel, Amerika Neft İnstitutu (API) isə2,3 milyon barel artım gözləyirdilər.
Bundan başqa, treyderlər İranın Avropa İttifaqı ilə nüvə danışıqlarının bərpası perspektivlərini diqqət mərkəzində saxlayırlar.


Oxşar Xəbərlər

Xəbər lenti