Azərbaycan nefti yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Sozcu.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,69 dollar artaraq 90,03 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 86,82 dollar olub.
Azərbaycanın neftinin qiyməti yanvarın 28-də 94,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.


Oxşar Xəbərlər

Xəbər lenti