Azərbaycan neftinin qiyməti 100 dollara çatır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 0,96 artaraq 99,7 ABŞ dollarına çatıb.
Bu barədə Sozcu.info-ya neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 95,89 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Oxşar Xəbərlər

Xəbər lenti