Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il martın 1-nə Gürcüstanın Azərbaycana borcu 3,721 milyon ABŞ dolları təşkil edib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən ay borc 0,466 milyon dollar azalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu isə 8 120 milyon dollardır ki, bunun da 7 660 milyon dolları hökumətin payına düşür.
Fevralda Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə, Rusiya və Ermənistana da borcları azalaraq müvafiq olaraq 7, 246 milyon dollar, 25,436 milyon dollar və 3,283 milyon dollar olub.


Oxşar Xəbərlər

Xəbər lenti