Gürcüstan Rusiyadan unu Azərbaycan vasitəsilə tədarük edəcək

Gürcüstana un Azərbaycandan dəmir yolu vasitəsilə idxal ediləcək.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze mətbuat konfransında deyib.
O bildirib ki, çatdırılma ilə bağlı hər hansı bir gecikmə olmayacaq və bu səbədən daxili bazarda un çatışmazlığı gözlənilmir: “Dəyirmanlar buğda ilə təmin olunub və iki aylıq ehtiyat var. Eləcə də un vaqonlarla Azərbaycandan çatdırılacaq. Buna görə də çörək təminatında problem yaşanmayacaq”.
M.Dolidze qeyd edib ki, unun qiyməti artsa da, çörəyin bahalaşması hələ gözlənilmir.
Gürcüstanın əsas un tədarükçükü Rusiyadır. Qonşu ölkənin un idxalının təxminən 90 %-i Rusiyanın payına düşür.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}