27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və banklar arasında görüş keçirilib.
Sozcu.info palataya istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan görüşdə "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması" sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış "Bakı yanaşması"nın təqdimatı müzakirə edilib.
"Bakı yanaşması" əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, MBNP və prosesdə iştirak etmək niyyətində olan banklar arasında kollektiv sazişin bağlanılmasını nəzərdə tutur.
Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır. Konsepsiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada banklar balansında olan qeyri-işlək aktivlərin həlli ilə bağlı fərdi deyil, kollektiv maraqlar üzrə əməkdaşlıq edir. Borcların restrukturizasiyası ilə bağlı qərarlar yekdilliklə qəbul edilir.
Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı "Bakı yanaşması" banklar tərəfindən maraqla qarşılanıb və bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması və bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınıb.