Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bu ilin ilk 3 ayında Azərbaycandan xarici ölkələrə 831,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Sozcu.info-un açıqlanan rəsmi rəqəmlərə istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 82,1 dollar olub. Bildiyimiz kimi, sonuncu rəsmi statistikaya görə Azərbaycan əhalisinin sayı 10 milyon 135,4 min nəfərdir.Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstan və Ermənistanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, bu ilin ilk 3 ayında bu ölkədən xaricə 1 milyard 461,5 milyon dollar dəyərində məhsul (qeyri neft-qaz) ixrac olunub. Gürcüstan əhalisinin 3 milyon 736,4 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən qeyri-neft məhsulları ixracı 392 dollar olub. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 4,8 dəfə az olub.Ermənistan Statistika Komitəsinin məlumatına görə əhalisi 2 milyon 969,1 min nəfər olan bu ölkədə qeyri-neft məhsullarının ixracı bu ilin ilk 3 ayında 1 milyard 664,8 milyon dollar olub. Bu isə o deməkdir ki, Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 560,7 dollar olub. Nəticədə Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 6,8 dəfə çox olub.A. Cəfərov