21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
2023-cü ilin birinci yarısında Azərbaycan xaricdən 252 milyon 413,48 min dollar dəyərində 1 milyard 532 milyon 874,07 min kubmetr qaz idxal edib. Bu həcmin 143 milyon 225,18 min dollarlıq 800 milyon 665,76 min kubmetrini Rusiyadan, 109 milyon 187,28 min dollarlıq 732 milyon 208,31 min kubmetri isə Türkmənistandan alınıb.
Sozcu.info xəbər verir ki, Azərbaycan altı ayda Rusiyadan qazın min kubmetrini 178,9 dollara, Türkmənistandan isə 149,1 dollara idxal idxal edib.
Altı ayda qaz ixracımız isə 8 milyard 29 milyon 188,03 min dollar dəyərlə 10 milyard 956 milyon 188,04 min kubmetr olub. İxracın 55 milyon 510,51 min dollarlıq 326 milyon 532,4 min kubmetri Rusiyaya, 179 milyon 203,52 min dollarlıq 445 milyon 187,87 min kubmetri Bolqarıstana, 206 milyon 139,6 min dollarlıq 1 milyard 186 milyon 477,53 min kubmetri Gürcüstana, 434,98 min dollarlıq 11 milyon 460,13 min kubmetri İrana, 5 milyard 306 milyon 507,59 min dollarlıq 4 milyard 438 milyon 129,17 min kubmetri İtaliyaya, 171 milyon 246,25 min dollarlıq 184 milyon 286,16 min kubmetri Rumıniyaya, 1 milyard 557 milyon 373,74 min dollarlıq 3 milyard 973 milyon 219,32 min kubmetrini Türkiyəyə, 552 milyon 771,83 min dollarlıq 390 milyon 895,46 min kubmetrini Yunanıstana reallaşıb.
Rusiyaya min kubmetr qazın ixracı 170 dollara, Bolqarıstana 402,5 dollara, Gürcüstana 173,7 dollara, İrana 38 dollara, İtaliyaya 1195,6 dollara, Rumıniyaya 929,2 dollara, Türkiyəyə 392 dollara, Yunanıstana 1414,1 dollara həyata keçirilib.