8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2023-cü ilin aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.Xarici siyasətimizin uğuru kimi sevindirici haldir ki,Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusi ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Səfər zamanı Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətlərinin güclənməsinə öz tövhəsini verəcəyinə deməyə əsas verir. Azərbaycan-Qazaxıstan münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu günün tələbidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.
Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensialamalikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq TransxəzərNəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi iləinşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafındaəhəmiyyətli rol oynayır. Səfər çərçivəsində Azərbaycanüçün mühüm əhəmiyyətə malik olan Orta Dəhlizlə bağlı da vacib qərarlar qəbul edildi. Belə ki, Şərq-Qərbistiqamətində vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibatimaneələrin aradan qaldırılması və Orta Dəhliz vasitəsiləbütün infrastrukturların birləşdirilməsi haqqında razılıqəldə olundu.
Azərbaycanla Qazaxıstan strateji tərəfdar olanölkələrdir. Beynəlxalq arenalarda fəaliyyət göstərir vəəməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasınıqarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər.
Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə, ənənələrə malik xalqlardır. Qazaxıstanda yüz minlərlə soydaşımız yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Astanada mərkəzi küçələrdən birinin Ulu öndər Heydər Əliyevin adını daşıması, eyni zamanda Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında qarşılıqlı möhkəm dostluğun nümunəsidir. Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir.Cənab Prezidentin Qazaxstan Respublikasına səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.Bütün bunlar tam ümüd və əminlik verir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.Elçin Seyfullayev
RİHB-nin Bülübülə QİƏD üzrə nümayəndəsi
Sozcu.info