Azərbaycanda daha bir yenilik - 15 min manatdan artıq...


Azərbaycanda qiymətli metalların və qiymətli daşların alqı-satqısı zamanı ümumi məbləği 15 min manatdan artıq olduqda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildiyi “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişikliklərdə qeyd olunub.

Sərəncama əsasən, Azərbaycanda dəyəri 15 min manatdan çox olan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti