“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya SƏRT SÖZLƏR

“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya SƏRT SÖZLƏR

 

Teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sərt tənqid edib.

Sosial şəbəkədə post paylaşan Tolik sürücülərin tez-tez cərimə olunmasından şikayətlənib:

"Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəm pulu. Elə bilərəm, nəzir verirəm. Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”

Qeyd edək ki, bir müddət sonra Tolik həmin paylaşımı səhifəsindən silib. Sizə silinən paylaşımın fotosunu təqdim edirik./"Yeni Sabah”/



Oxşar Xəbərlər

Xəbər lenti