Ekspert Natiq Cəfərli:“İdxal malları gətirilməsə ölkədə total qıtlıq, kəskin qiymət artımı olacaq”

Ekspert Natiq Cəfərli:“İdxal malları gətirilməsə ölkədə total qıtlıq, kəskin qiymət artımı olacaq”

 

"Manatın sabitliyi müəyyən mənada ölkəyə idxal edilən məhsulların artmasına səbəb olub. Kimsə deyirsə ki, sərhədləri bağlamaq lazımdır, bundan sonra yerli istehsal canlanacaq, qətiyyən belə deyil. Əgər idxal mallarına sərhədləri bağlasaq, bu ölkədə total qıtlıq, kəskin qiymət artımına səbəb olacaq”.

Bu sözləri ekspert Natiq Cəfərli ölkəyə idxal məhsullarının azaldılması ilə bağlı göstəriciləri "Exo” qəzetinə şərh edərkən deyib.

N.Cəfərli vurğulayıb ki, bazarda nə qədər çox məhsul olsa, o qədər yaxşıdır. Ekspertə görə, yerli istehsalı stimullaşdırmaqdan ötrü sahibkarlara münasib şərtlərlə kreditlər verilməlidir. Onun fikrincə, indi kreditlər yüksək faizlə və qısa dönəmə verilir: "Təsəvvür edin, iş adamı çayçılıqla məşğul olmaq istəyir, kredit götürüb, çay kolları basdırıb. Məhsul 5-6 ildən sonra olacaq. Belə kredit verilməsi şəraitində kənd təsərrüfatı ilə kim məşğul olacaq?.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}