8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Yəmənin şimal-qərbindəki ərazidə bir xəstəxanaya hava hücumu edilib, 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, 8 nəfər yaralanıb.
"Uşaqları Xilas Edin” fondunun (Save the Children) "Assoşieyted Press” agentliyinə açıqlamasında dünən səhər saatlarında keçirilən hava hücumu zamanı atılan raketin Saada şəhərindən 100 km məsafədə yerləşən Kitaf xəstəxanasının girişinə yaxın benzin stansiyasına tuş gəldiyi, 4-ü uşaq olmaqla 7 nəfər həlak olduğu, 8 nəfərin yaralandığı, bildirilir. İki nəfər isə itkin düşüb.
Fondin rəhbəri Helle Torinq Şmidt deyib: "Bu amansız hücum bizi dəhşətə saldı. Dinc əhalinin sıx yaşadığı bölgədə bir xəstəxanaya məhəl qoymadan edilən hücum nəticəsində günahsız uşaqlar və səhiyyə işçiləri həlak oldular. Bu cür hücumlar beynəlxalq hüququn tapdalanmasıdır”.
Qeyd edək ki, Fransa mətbuatı xəstəxanaya hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiya tərəfindən edildiyini bildirmir. Bu "təfərrüatı” "Röyters” informasiya agentliyi verib. Agentliyin informasiyasına görə, qurbanlar barəsində xəbər yayıldıqdan sonra onminlərlə adam Səna şəhərinin küçələrinə çıxaraq, koalisiyanın əməllərinə etirazını bildirib. Etirazçıları zərərçəkənləri dəstəkləyiblər, Səudiyyə Ərəbistanını və onun dəstəklədiyi prezident Əbd Rabu Mənsur Adini lənətləyiblər.
Yəmən əhalisi aclıq, vəba, döyüşlər və hava hücumları nəticəsində gün-gündən azalmaqdadır (http://hurriyyet.org/xeber/acliq_zulmu_ceken_yemen_yeni_bela_ile_uzbeuz_vbadan_lnlrin_sayi_2500-_kedi).