"Anadolu" müxbiri Suriyada həlak oldu

"Anadolu"  müxbiri Suriyada  həlak oldu

Türkiyənin "Anadolu" agentliyinin müxbiri Salih Mahmud Leyla Suriyada öldürüldü.

S. Mahmud içərisinə bomba yerləşdirilmiş avtomobil vasitəsilə törədilən terror hücumu zamanı ölüb. Terror aktının "İŞİD" tərəfindən törədildiyi bildirilir.

S. Mahmud bir müddət əvvəl Hələbin Cəmiyyət-əl Zəhra rayonundakı döyüşləri işləyərkən də üzündən yaralanmışdı.

Agentlik qeyd edib ki, Salih Mahmud Hələbə bir il əvvəl göndərilib.


Oxşar Xəbərlər

Xəbər lenti