ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriyada məscidə hücum etdi - DİNC VƏTƏNDAŞLAR HƏLAK OLDU

ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriyada məscidə hücum etdi - DİNC VƏTƏNDAŞLAR HƏLAK OLDU

 

Suriya ssenarisi: terrorla mübarizə adı altında məscidləri yerlə bir edir, dinc sakinləri qətlə yetirilər

Sozcu.info  xəbər verir ki, ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin hava hücumu nəticəsində Deyr Əz-Zor şəhərinin şərqindəki Hacin qəsəbəsində 17 nəfər dinc sakin həlak olub, 2 nəfər yaralanıb.

Qeyri-hərbi binalar koalisiyanın təhdidi altındadır

Ötən şənbə günü məscidə edilən hücum koalisiyanın dinc məntəqələrə ilk hücumu deyil. Ondan əvvəlki həftə də koalisiya qüvvələri Hacin qəsəbəsində bir xəstəxananı vurmuşdular. Bütün bunlarla yanaşı, ABŞ-ın lideri olduğu koalisiya oktyabr ayı ərzində Deyr əz Zor vilayətində bir çox məscidi hədəfə alıb və hücumlar zamanı onlarla dinc vətəndaş həlak olub.

Yerli mənbələr koalisiyanın oktyabrın 22-də Hacin rayonunda vurduğu Zeviyə məscidində 7 dinc sakinin həlak olduğunu bildirmişdilər.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Rob Manninq məscidin hədəfə alındığını bildirsə də, dinc vətəndaşların qətli barəsində məlumat verməmişdi.

Mənbələr bildirirlər ki, koalisiya qüvvələri İŞİD və YPK/PKK terror təşkilatlarının döyüşdükləri Hacin rayonunda, oktyabrın 21-də bir Quran kursuna havadan hücum eləmiş, nəticədə 6 nəfər dinc vətəndaş həlak olmuşdu. İŞİD-ə qarşı koalisiya təyyarələrinin oktyabrın 19-da cümə namazı zamanı Osman bin Affan məscidinə hücumları zamanı 16 nəfər dinc vətəndaş həlak olmuşdu.

Eyni məntəqədə, oktyabrın 18-də Ammar Bin Yaser məscidinə hücum zamanı 2 uşaq da daxil olmaqla, 30 nəfər dinc vətəndaş həlak olmuşdu.

Koalisiya məscidlərə hücum edərkən İŞİD-i hədəfə aldığını düşünür.



Oxşar Xəbərlər

Xəbər lenti