İMAMOĞLU YILDIRIMA QALİB GƏLDİ - Türkiyə Ali Seçki Şurası nəticəni açıqladı

İMAMOĞLU YILDIRIMA QALİB GƏLDİ - Türkiyə Ali Seçki Şurası nəticəni açıqladı

 

Sozcu.info xəbər verir ki, Türkiyənin Ali Seçki Şurasının sədri Sadi Güvən seçkilərin nəticələri ilə bağlı açıqlama verərkən deyib: "Anadolu Agentliyi mənim müştərim deyil, məndən məlumat almır”. Güvən başçılıq elədiyi Ali Seçki Şurasına məxsus olan məlumatlarda CHP-nin (Cumhuriyyət Xalq Partiyası) namizədi olan Ekrem İmamoğlunun irəlidə olduğunu bildirib. Güvən deyib: "Hazırda 31 min 102 ədəd sandıqdan çıxan nəticələr sistemə yerləşdirilib, etirazlar səbəbindən 84 ədəd sandığın nəticələri sistemə yerləşdirilməyib. Hazırda 80 faizdən artıq sandığın nəticələrini partiyalarla paylaşdıq”.

 

Ali Seçki Şurasına məxsus məlumatlarda Ekrem İmamoğlunun 28 min səs fərqi ilə iraəlidə olduğunu bildirən Güvən etiraz müraciətlərinin edilməsi üçün bir gün möhlət qaldığını (çərşənbə axşamına qədər) bildirib.

Xəbər verdiyimiz kimi, Türkiyənin bir çox iqtidaryönlü nəşrləri İstanbul bələdiyyəsi seçkilərində Binəli Yıldırımın qələbə çaldığını bildirmişdilər.



Oxşar Xəbərlər

Xəbər lenti