"Gürcüstanda əksər dairələrdə təkrar seçki olacaq" - MSK-dan daha bir açıqlama

 

"Gürcüstanda təkmandatlı seçki dairələrinin böyük əksəriyyətində ikinci tur keçirləcək".

Bu barədə Gürcüstan MSK-sının sədri Tamar Jvaniya açıqlama verib. Onun sözlərinə görə, hələlik bura hansı dairələrin daxil olduğu bəlli deyil.

Jvaniya qeyd edib ki, səslərin hesablanması və nəticələr onu deməyə əsas verir ki, çoxlu sayda seçki dairələrində ikinci tur keçiriləcək.  

MSK artıq seçki məntəqələrinin 63,4 faizində nəticələri hesablayıb. Nəticələrə görə, "Gürcü arzusu” partiyası 49,93 faizlə irəlidədir. İkinci yerdə Milli Hərəkat Partiyasıdır. O səslərin 26,7 faizini toplayıb.



Oxşar Xəbərlər

Xəbər lenti