“Aİ-nin sanksiyaları Aralıq dənizindəki fəaliyyətimizi əngəlləyə bilməyəcək” - Türkiyə XİN

“Aİ-nin sanksiyaları Aralıq dənizindəki fəaliyyətimizi əngəlləyə bilməyəcək”

 

Sozcu.info  xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa İttifaqının Xarici Əlaqələr Şurasının verdiyi sanksiya qərarlarının Türkiyənin Şərqi Aralıq dənizindəki hidrokarbon fəaliyyətinə davam etmək yolundakı qətiyyətinə heç bir şəkildə təsir eləməyəcəyini bildirib.

Nazirliyin yazılı açıqlamasında deyilir: "Avropa İttifaqı Xarici Əlaqələr Şurasının dünən keçirdiyi iclasda verdiyi qərarlar ölkəmizin Şərqi Aralıq dənizindəki hidrokarbon fəaliyyətini dayandırmaq istiqamətindəki qətiyyətinə heç bir şəkildə təsir eləməyəcək. Bu qərarlarda Kipr adasının təbii mənbələri üzərində bərabər hüquqlara sahib olan Kipr türklərindən qətiyyən bəhs edilməməsi və Kipr türkləri yoxmuş kimi davranması Aİ-nin Kipr məsələsində nə qədər qərəzli və tərəfgir mövqe tutduğunu göstərməkdədir.

Bu qərarlar Cənubi Kipr/Yunanıstan tandeminin Aİ üzvlüklərindən öz maksimalist mövqeləri istiqamətində necə sui-istifadə elədiklərinin və digər Aİ ölkələrinin də buna necə alət olduqlarının ən son nümunəsidir”.

Açıqlamada daha sonra deyilir: "Keçmişdə də dəfələrcə vurğuladığımız kimi, Şərqi Aralıq dənizindəki hidrokarbon fəaliyyətlərimizin ö qitə şelflərimizdəki hüquqlarımızın qorunması və adanın ortaq sahibi olan Kipr türklərinin Adanın hidrokarbon mənbələri üzərindəki bərabər hüquqlarının qorunması olmaqla iki müstəvisi bar. İlk müstəvidə Türkiyənin Kipr məsələsi həll edilmədən, Cənubi Kipr Yunan Respublikası ilə dəniz bölgüsü sərhədlərini müəyyənləşdirmək üçün danışıqlara başlamasından söhbət gedə bilməz. Çünki, 1963-cü ildən bəri Kipr türklərini təmsil eləmədiyi üçün Kipr Respublikası bizim və Kipr türklərinin gözündə həqiqi bir dövlət deyildir”.

Kipr türkləri ilə yunanlarının siyasi bərabərliyi üzərində qurulmuş Kipr Respublikasının 1963-cü ilə süqut elədiyi xatırladılan açıqlamada deyilir: "Kipr məsələsinin bu günə qədər həll edilməməsinin səbəbi də kirpli yunanların 1963-cü ildən bəri Kipr türklərinin siyasi bərabərliyini qəbul eləməməsidir.

Aİ bu həqiqətləri qəbul eləmədən, Kipr türklərini azlıq yox, Kipr adasının ortaq sahibi olaraq görmədən, Kipr məsələsini anlaması və bu məsələdə rol oynaması mümkün deyil”.



Oxşar Xəbərlər

Xəbər lenti