Azərbaycanlı şairə Krımda keçirilən festivalda iştirak edib-FOTO

Azərbaycanlı şairə Krımda keçirilən festivalda iştirak edib-FOTO

 


 

"Krım qadınları Millətlərarası Mədəniyyət və Yaradıcılıq Mərkəzi" Regional İctimai Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, Respublikasının ən ucqar rayonlarından biri Razdolnensk rayonunu Sterequşi kəndində hər il olduğu kimi bu ildə "Ləpədöyən dostları toplayır” festivalı keçrilmişdir. Hər il yüzlərlə yaradıcı insanı və minlərlə müxtəlif millətlərdən olan tamaşaçını bir araya gətirən tədbirdə Regional Təşkilatın milli münasibətlər üzrə direktor müavini ,şairə Arifə Muxtarova milli mədəniyyətin təbliği və ailə yaradıcılığı üzrə festivalın iştirakçısı olmuşdur. Krım Respublikası millətlərarası münasibətlər və deportasiya olunmuş vətəndaşlar üzrə Dövlət Komitəsi, Respublika "Xalqlar Dostluğu evi" və Razdolnenski rayon administrasiyası və "Razdolnenski rayonunun " qəsəbələr arası mədəniyyət, istirahət və kitabxana xidmətləri mərkəzinin" təşkilatçılığı ilə keçrilən festival iştirakçılarını rayon rəhbərləri və "Xalqlar Dostluğu Evinin” nümayəndələri qarşılamışdır. Yaradıcılıq Festivalının açılış missiyasını yerinə yetirən Krım Respublikasında tanınmış azərbaycan əsilli şairə Arifə Muxtarova öz əsərlərindən biri "Mənim Azərbaycanınm” şeirini azərbaycan dilində iştirakçılara və qonaqlara təqdim etmişdi. Bu il ilk dəfə olaraq festivalın "Şeir" nominasiyasında üç dildə Ariufə Muxtarova azərbaycan, Marqarita Ploskinnaya rus və Zarema Sırlı krım tatar dilində krımcax şairəsi Baxşının qadın zərifliyinə və kədərinə həsir olunmuş "Qaytarma” əsərini, azərbaycanın "Sarı gəlin” mahnısının melodiyası altında səsləndirmişlərlər. Festivalda ən yaxşı yaradıcı kollektivlər, xalq mahnı ansamblları, etnoqrafik teatrlar və Krım yarımadasının hər yerindən gəlmiş milli rəqs kollektivləri tərəfindən, respublikasında yaşayan xalqlarının mədəni ənənələrinin müxtəlifliyi, ritmik rəqslərini, xalq mahnılarını, Vətən haqqında şeirlərı və milli musiqilərı tamaşaçılara nümayiş olundu. Sonda isə Festival iştirakçılarına təşkilatçılar tərəfindən diplomlar verildi.

A.Məmmədli,

"Yeni Sözcü” qəzeti

Azərbaycanlı şairə Krımda keçirilən festivalda iştirak edib-FOTO

Azərbaycanlı şairə Krımda keçirilən festivalda iştirak edib-FOTO

 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}