8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyənin Qırğızıstandakı səfirinə münaqişə yerinə getdiyinə görə XİN çağrılaraq nota təqdim olunub.
Qırğızıstanda Müqəddəs Ramazan Bayramı günü Sokuluk rayonunun Orok kəndində səhər ayt-namazı vaxtı baş vermiş dava sonradan millətlərarası zəmində münaqişəyə çevrilmişdir. Sokuluk rayon polis şöbəsinin yaydığı məlumatına görə, səhər saatlarında yerli türk və qırğız gəncləri arasında baş vermiş dava nəticəsində qırğız oğlan xəstəxanalıq olub. Davadan sonar, yerli qırğızlar kəndin mərkəzinə yığışaraq, türk ailələrinin kəndən çıxarılmasını tələb edərək, bəzi türk ailələrinə məxsus evlərə basqın edərək tikliləri yandıraraq, evlərin pəncərələrini, avtomobillərin şüşələrini sındırmışlar. Qırğızıstan DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, hal hazırda Sokuluk rayonunda vəziyyət polisin nəzarətindədir və kəndə sabitliyin və ictimai əsaişin təmin olunmasına DİN Kaşkar Djunuşəliyevin özü rəhbərlik edir. Bununla yanaşı Nazirlik Sokuluk rayonunda baş vermiş hadisəni millətlər arası qarşıdurma kimi qiymətləndirməməyi tövsüyə edir. Qırğızıstan Respublikasının yerli özünüidarəetmə və millətlərarası münasibətlər üzrə Dövlət Agentliyi, Sokuluk rayonunun Orok kəndində baş vermiş insidentı xuliqanlıq kimi qiymətləndirərək ona millətlərarası münaqişə kimi baxılmamasını bildirir. Qeyd etmək lazımdır ki, elə həmin gün Türkiyənin Qırğızıstan Respublikasındakı səfiri Jenqiz Kamil Fırat, Sokuluk rayonunun Orok kəndində milli zəmində yerli sakinlər arasında baş vermiş münaqişə yerinə getmişdir. Kənd sakinləri səfirə hadisə və bunun səbəbləri barədə ətraflı məlumat vermişlər. Səfir, öz növbəsində bu məsələnin sülh yolu ilə həll olunmasını, diplomatik yolla həll olunaçağını və bunun üçün yerli ağsakkallarla görüş keçirilməsini bildirmişdir. İyunun 6-da isə Qırğısıztan Respublikasının XİN Türkiyənin Bişkekdəki səfirini nazirliyə dəvət edərək, Orak kəndinə getdiyinə görə nota təqdim edib. Qırğızıstan Respublikasının XİN-nin mətbuat xidmətindən verilən məlumata görə Türkiyə səfirin məlumat vermədən, Sokuluk rayonunun Orok kəndində, baş vermiş münaqişənin qaydaya salınması üçün Qırğızıstan Respublikasının hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları tərəfindən aparılan tədbirlər zamanı kəndə olub. Nazirlik Türkiyə səfirini öz hərəkətləri ilə Respublikanın daxili işlərinə qarışmamağa, Qırğızıstanın milli qanunvericiliyinə sadiqlik və hörmət göstərməyə çağırıb. Xatırladaq ki, Qırğızıstan Respublikasında müstəqillik illəri milli zəmində baş vermiş toquşmalar ilk dəfə baş vermir. Belə hadisələr həmişə respublikanın çox millətli regionları olan Öş və Cuy vilayətlərində olub. Çuy vilayətində ilk dəfə 2006-cı ilin 4-6 fevral günləri olmuşdur. Yəni Qırğızıstan Parlamentinin Yuxarı Keneşində kəskin mübahisələr gedən zamanı İskra kəndində iğtişaşlar baş vermişdi. Səbəb internet klublarından birindən bir yeniyetmə qırğızın döyülməsi olmuşdu. Kəndə ictimai əsaiş yalnız iki gün sonra xüsusi qüvvələr tərəfindən nəzarət altına alına bilinmişdir. Nəticədə dörd ailə kəndi tərk etməli olmuşdur. 27 aprel 2009-cu il tarixdə prezident seçkisi kampaniyasının qızğın çağında, Çuy vilayətinin Moskva rayonunun Petrovka kəndində (Bişkekdən 40 km aralıda) növbəti kütləvi iğtişaşlar baş vermiş, nəticədə kürd millətindən olan sakinlər zərər çəkmişlər. 19 aprel 2010-cu il aprel inqilabından dərhal sonra Bişkek yaxınlığındakı Mayevka kəndində yaşayan türklərin evləri dağıdılmış və talan edilmişdir. Bütün bu münaqişələr lokal və müvəqqəti xarakter daşımışdır. Ancaq təsüflər olsun ki, bütün münaqişələrdə talantılar və qırğınlar baş vermiş, sonra isə ayrı-ayrı türk, kürd ailələrinin köçürülməsi ilə başa çatmışdır.
A.Məmmədli.
"Yeni Sözcü” qəzeti