Gürcüstan hökumətində dəyişiklik ola bilər

 

"Mən "Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Dəyişikliklərə gəlincə, biz bir komandayıq və bu, canlı bir prosesdir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərin hökumət dəyişikliyi ilə bağlı sualını cavablandırarkən deyib.

Baş nazir qeyd edib ki, hökumət yenilənmiş proqramı parlamentə təqdim edəcək və yeni komandanın tərkibi bundan asılı olacaq.

"Yenilənmiş proqramı parlamentə təqdim edəcəyik, ona görə də komanda həmin proqramdan asılı olacaq. Nəticələrə yönəlmişik. 2020-ci il seçkiləri üçün ötən il təqdim etdiyimiz proqram qətidir. Nəticə etibarilə hər hansı bir vəzifəyə təyin olunma məhz bu proqrama uyğun olaraq hazırlanacaq ", – deyə Mamuka Baxtadze bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti