İranda koronavirusdan daha 568 nəfər öldü

İranda son gündə koronavirusdan 568 nəfər ölüb.
Sozcu.info IRNA-ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölənlərin ümumi sayı 96.215-ə çatıb.
Əlavə olaraq son gündə 39.049 yeni koronavirus xəstəsi təsbit edilib, onlardan 4.938 nəfəri xəstəxanaya yerləşdirilib.
İranda COVID-19 xəstələrinin ümumi sayı 4.320.266-ya yüksəlib.
İndiyədək 3.647.016 xəstə sağalıb.
Həmçinin, 26.889.997 test aparılıb, 17 milyon 760 min 262 nəfərə vaksin vurulub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}