Gürcüstanda pandemiya ilə bağlı yeni qadağalar qüvvəyə mindi

Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacaq.
Sozcu.info xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək. Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.


Oxşar Xəbərlər

Xəbər lenti