Rusiya təlimdə ilk dəfə hərbi robotdan istifadə etdi

Belarusla “Qərb-2021” təlimini təşkil edən Rusiya süni zəkaya malik döyüş robotunu səhnəyə çıxarıb.
Sozcu.info “CNN Türk”ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ardınca qərb sərhədlərində keçirilən "Qərb-2021" təlimində Rusiya ilk dəfə süni zəkaya malik "Platforma-M" hərbi robotundan istifadə edib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, döyüş şəraitində sınaqdan keçirilmiş robot, sərhəd daxilində terrorçularla mübarizə, düşmənin zirehli maşınlarını məhv etmək kimi funksiyalara malikdir. Robot süni intellekt alqoritmlərindən istifadə edərək mərkəzdən icazə almadan meydanda dostla düşməni ayırd edə və düşmənə atəş aça bilər. Ağırlığı 800 kiloqram olan robot 1,5 kilometr məsafədə 10 saat işləyə bilir.
Qeyd edək ki, təlimdə “Forpost” pilotsuz uçuş aparatı (PUA) da ilk dəfə olaraq istifadə edilib.


Oxşar Xəbərlər

Xəbər lenti