Ermənistan parlamentində daha bir deputatı zorla iclas zalından çıxardılar

Ermənistan parlamentində bu gün keçirilən iclasda müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Geqam Manukyanın çıxışından sonra gərgin vəziyyət yaranıb.
Sozcu.info erməni mediaısna istinadən xəbər verir ki, burada müxalif deputat iqtidardakı opponentlərini “satqın” adlandırıb.
“Kim Qarabağı unudursa, satqındır və həmin söz yaxınlarda öz çıxışında Qarabğadan vaz keçdiyini deyənə (Nikol Paşinyan nəzərdə tutulur-red.) də addir”,-deyə o söyləyib.
İclasa sədrlik edən Ruben Rubinyan deputatdan etika qaydalarını pozmamağa çağırıb və onun mikrofonunu söndürərək, dərhal tribunanı tərk etməsini istəyib. Geqam Manukyan bu tələbi yerinə yetirməkdən imtina etdikdə Rubinyan parlamentin mühafizə əməkdaşlarını müxalif siyasətçini zaldan çıxarmasını əmr edib.
Muhafizəçilər deputatın qolundan tutduğu zaman spiker onu zaldan deyil, tribunadan qovulmasını istədiyini desə də də, artıq gec olub.
Bundan sonra salonda vəziyyət gərginləşib və buna görə 20 dəqiqləik fasilə elan olunub.


Oxşar Xəbərlər

Xəbər lenti