Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Rusiya ordusunun təxmini itkilərini açıqlayıb.
Sozcu.info xəbər verir ki, o, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvə itirdiyini bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatın beşinci günü saat 6-ya qədər olan məlumata görə, Rusiyanın 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 “BUK” zenit-raket kompleksi, 21 “Qrad” qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi/qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.
Q. Malyar qeyd edib ki, bu məlumat ilkin xarakter daşıyır, hələ hesablamalar aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}