“Putin səslərin 87,32%-ni toplayıb, liderdir” Rusiya MSK

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin 2024-cü il prezident seçkilərində Moskva vaxtı ilə saat 07:00-a (Bakı vaxtı ilə 08:00) protokolların 99,43%-nin işlənməsinin nəticələrinə əsasən səslərin 87,32%-ni toplayaraq liderdir.
Sozcu.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunan məlumatda deyilir .
Qeyd olunub ki, ikinci yerdə 4,32 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,79 faiz səslə Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdəki LDPR-nin namizədi Leonid Slutski isə 3,19% səs toplayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}