7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) 24-25 dərəcə isti olacaq.