Məktəbli forması ilə bağlı yeni dəyişikliklər


Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Sozcu.info-nun məlumatına görə, layihəyə əsasən, məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.

Belə ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti