“Casusun zəhərlənməsinin arxasında ABŞ və İngiltərə durur” – Çox ciddi təhlükə var! Aləm bir-birinə dəyəcək!

“Casusun zəhərlənməsinin arxasında ABŞ və İngiltərə durur” – Çox ciddi təhlükə var! Aləm bir-birinə dəyəcək!

 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Avropa İttifaqı və NATO təşkilatının üzvü olan ölkələrin Rusiya diplomatlarını qovmalarına qarşı cavab addımları atılacağını bildirib.

 

"Rossiya-1” kanalına müsahibəsində Aİ və NATO üzvü ölkələrin rus diplomatlarına qarşı qərarları barəsində açıqlama verən Zaxarova deyib: "Bu gün şahidi olduğunuz addımların hamısına qarşı heç şübhəsiz ki, cavab addımları atacağıq. Diplomatların qovulması, Sietldəki Rusiya konsulluğunun bağladılması da daxil olmaqla, hər bir ölkəyə qarşı müvafiq tədbirlər görüləcəkdir”.

Solsberi şəhərində baş vermiş, Sergey Skripalın zəhərlənməsi hadisəsini "təxribat” adlandıran Zaxarova: "Bu təxribatın arxasında ABŞ və İngiltərə durur”, - deyə onları ittiham edib.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti