8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropa İttifaqının üzvü olan ölkələr İngiltərə ilə Rusiya arasındakı böhrandan sonra ard-arda rus diplomatlarını qovmaq qərarını verdiyi bir zamanda, Avstriya hökuməti insidentin milli səviyyədə müzakirələrə çıxarılmayacağını bildirib.
Avropa İttifaqının rəhbəri Donald Tusk keçmiş rus casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsi hadisəsinə cavab olaraq, dünən Aİ üzvü olan 14 ölkənin rus diplomatlarını qovmaq qərarına gəldiyini bəyan edib. Tuskun bu açıqlamasından sonra Almaniya, Fransa, Hollandiya və Polşanın da aralarında olduğu bir çox Aİ üzvü olan ölkə ard-arda diplomatları çıxarmaq qərarlarını bəyan edib.
Lakin Aİ üzvü olan ölkələrin bu qərarlarına müxalif olan səslər də eşidilməyə başlanıb. Bu müxalifətçilərin lideri Avstriya hökumətidir. Rəsmi Vyana casus böhranına qarışmayacağını və heç bir rus diplomatını ölkəsindən çıxarmayacağını bəyan edib.
Avropa ölkələrinin qərarlarını açıqlamasından sonra "Sputnik” agentliyinə müsahibə verən Avstriya hökuməti mətbuat katibi Peter Launski-Tieffental (Peter Launsky-Tieffenthal) deyib: "Vyana öz daxilində heç bir addım atmayacaq. Diplomatları ölkəmizdən çıxarmayacağıq. Bunun səbəbi Rusiya ilə dialoq kanallarını açıq tutmaq niyyətində olmağımızdır. Avstriya bitərəf ölkədir və Qərb ilə Şərq arasında körpü kimidir. Biz yalnız Moskvadakı Avropa elçisinin geri çağrılmasını dəstəkləyirik”.