Moskvada minlərlə insan sosial şəbəkənin bağlanmasına qarşı etiraz yürüşü keçirir –FOTO

Moskvada minlərlə insan sosial şəbəkənin bağlanmasına qarşı etiraz yürüşü keçirir –FOTO

 

Aprelin 30-da minlərlə adam Moskvanın mərkəzində nümayişi çıxıb, hökumətin Telegram mobil mesajlaşma əlavəsini bloklamaq cəhdlərinə etiraz edib.

Etirazçılar "(Prezident Vladimir) Putin yalançıdır!” şüarını səsləndiriblər. Onlar əllərindəki plakatlarda hökuməti Telegramı bağlamaq cəhdlərini dayandırmağa çağırıblar.

Libertarian partiyasının rəhbəri Sergei Boiko etirazçılara rəhbərlik edib. Onlar "İnternetə senzuranı dayandırın!” tələbini irəli sürüblər. Polis Navalnını qısa müddətə saxlayıb, ona xəbərdarlıq edib ki, "toplantının gündəminə uyğun olmayan bəyanat və hərəkətlərdən çəkinsin”. Yürüş hakimiyyətin icazəsilə keçirilib.

Navalny AzadlıqRadiosuna deyib ki, Moskva meriyası yürüşə icazə verdiyinə görə xoşbəxtdir. O, jurnalistlərə söyləyib ki, nümayişçiləri mayın 5-nə, Putinin andiçmə mərasimindən iki gün öncəyə təyin etdiyi etiraza qoşulmağa çağıracaq.

Telegramı bağlamaq cəhdləri hökumətin narazıları susdurmağa çalışması sarıdan narahatlıqları artırıb. 1999-cu ildən ya prezident, ya da baş nazir postunda olmuş Putin daha altı illiyə ölkə başçısı seçilib.

Aprelin 16-da mediaya nəzarət edən dövlət qurumu olan Roskomnadzor Telegramın bloklanmasıyla bağlı məhkəmə qərarının icrasına başlayıb. Telegram istifadəçilərin yazışmalarının şifrə kodunu Federal Təhlükəsizlik Xidmətinə (FSB) vermədiyinə görə bu qadağaya məruz qalıb. O vaxtdan Telegram tərəfdarları mənzillərindən, ya da FSB-nin Moskvadakı qərargahına kağız təyyarələr atmaqla etirazlarını bildiriblər.

Telegram istifadəçilərin gizliliyinin qorunmasıyla bağlı narahatlığını əsas gətirib, ancaq qadağaya baxmayaraq əlavənin işləyəcəyini bildirib. (Azadlıq radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti