7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Sozcu.info xəbər verir ki, ölkəyə 250 min dollar investisiya qoyan xaricilərə İranda 5 il yaşamaq üçün icazə veriləcək.
İranlı Tələbələr İnformasiya Agentliyi (İSNA) bildirir ki, bu məlumat paytaxt Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Ali Şurası iclasında səsləndilib.
Bundan əvvəl, 2016-cı ilin fevralında verilən qərarda isə 300 min dollar sərmayə qoyan əcnəbi investorların 3 il ölkədə qalacaqlarına icazə verildiyi bildirilmişdi.
Bu qərarların son dövrdə iqtisadi böhran içərisində olan İrana xarici sərmayə cəlb edilməsi məqsədilə verildiyi bildirilir.